Ronaldo dünyanın ən çox qazanan futbolçusu oldu

Ronaldo dünyanın ən çox qazanan futbolçusu oldu
"Real" uzun müddətdi danışıqlar apardığı Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduz 5 illik anlaşmaya imza atıb.
"Real" Ronaldonun maaşını da açıqlayıb. Kriştiano ildə "Kral Klubu"dan 17 milyon avro məvacib alacaq. Bununla da o, dünyanın ən çox maaş alan futbolçusu olub.
Mətbuat konfransında çıxış edən "Real"ın prezidenti Fiorentino Peres "Ronaldo qarşıdakı 5 ildə "Real"ın formasını geyinəcək. Dünyanın ən yaxşı oyunçusu dünyanın ən böyük klubunda qalacaq" deyib.
Ronaldo özü isə "Real"da oynadığı üçün xoşbəxt olduğunu bildirib: "Burda oynamaq mənim üçün böyük xoşbəxtlikdi. Bu forma üçün hər şeyimi verməyə davam edəcəm. Çox xoşbəxtəm. "Real"da oynadığım 4 ildə gözəl günlər yaşadım. Bu müqavilə üçün ötən mövsümün sonunda anlaşmışdıq. Həm mən, həm də klub anlaşma məsələsində çox istəkli idi. Qərarı verməyimə yardımçı olan azarkeşlərə, komanda yoldaşlarıma və texniki heyətə təşəkkür edirəm. Azarkeşlər üçün qalıram. Karyeramın sonuna qədər "Real"da oynaya bilərəm. Pul önəmli deyil. Önəmli olan bu komandanın içində olmaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər