"Real" bu gün keçiriləcək tədbirdə Kriştiano Ronaldo ilə rəsmi olaraq müqavilə müddətini artıracaq. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yayılan məlumatda imza mərasimində klub prezidenti Florentina Peres və portuqaliyalı futbolçunun iştirak edəcəyi bildirilir. Müqavilənin şərtləri barədə heç bir məlumat verilmir.
Fanat.az