Ronaldinyonun oğlu "Barselona"nı İngiltərə klubuna dəyişdi - RƏSMİ

Ronaldinyonun oğlu "Barselona"nı İngiltərə klubuna dəyişdi - RƏSMİ

Ronaldinyonun oğlu Joau Mendeş İngiltərənin "Börnli" klubu ilə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun saytı yayıb.

19 yaşlı oyunçu Çempionşip təmsilçisi ilə müddəti 2026-cı ilə qədər olan müqavilə bağlayıb.

2023-cü ildə "Barselona"ya qoşulan və çıxdığı 9 oyunda məhsuldar göstəricilərlə yadda qalmayan Mendeşin azad agent  "Börnli"də əsas heyətə düşməyi hədəflədiyi vurğulanıb.

Xatırladaq ki, Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, 2004 və 2005-ci illərdə FİFA tərəfindən dünyanın ən yaxşı oyunçusu elan edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər