Romeu "Barselona"nı bu kluba dəyişdi

Romeu "Barselona"nı bu kluba dəyişdi

"Barselona"nın yarımmüdafiəçisi Oriol Romeu "Jirona"ya qayıdıb. 

Fanat.Az xəbər verir ki,  "ağ-qırmızılar" 32 yaşlı futbolçunu icarəyə götürdüyünü rəsmən açıqlayıb. 

Müqavilə 2025-ci ilin ortalarına qədər qüvvədə olacaq. 

Romeu ötən mövsümün əvvəlində əks istiqamətdə hərəkət etsə də, “blauqrana”nın əsas heyətində özünü təsdiq edə bilməyib. 

Yarımmüdafiəçi son mövsümdə 37 matçda 1 məhsuldar ötürmə edib. “Jirona” son La Liqanı sensasiyalı şəkildə üçüncü pillədə başa vurub. Mişelin komandası Çempionlar Liqasının 2024/25 mövsümünün qrup mərhələsində, eynilə çempionatı ikinci pillədə başa vuran "Barselona" kimi, mübarizə aparacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər