Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

"Betis"in yarımmüdafiəçisi Qvido Rodrigesin "Barselona"ya keçidi sual altına düşüb.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.

Xəbərə görə, Sevilya təmsilçisi ilə müqaviləsinin müddəti bu gün başa çatacaq 30 yaşlı futbolçu digər təklifləri də nəzərdən keçirir. Mənbə həmin təkliflər arasında maddi baxımdan daha sərfəlilərinin olduğunu və argentinalının son anda "Barsa"ya qoşulmaqdan imtina edə biləcəyini diqqətə çatdırıb. Kataloniya klubunun maliyyə feyr-pleyi ilə bağlı ciddi problem yaşadığı da vurğulanıb və bu amilin Rodrigeslə bağlı qurulan planlara mane olmaq ehtimalı qabardılıb. 

Qeyd edək ki, "Betis" sözügedən oyunçunu 2020-ci ildə, 4 milyon avro qarşılığında "Amerika"dan transfer edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər