"Sivasspor"un baş məşqçisi Roberto Karlos Cihan Özkaranı "Dənizlispor"a buraxmayıb. Fanat.az xəbər verir ki, bu barədə Dənizli təmsilçisinin prezidenti Mehmet Özsoy açıqlama verib.
Klub rəhbəri bildirib ki, "Sivasspor"un prezilenti Mecnun Odyakmaz Cihan Özkara, Timur Bayram Özgöz və qapıçı Nihat Şahinin "Dənizlispor"a icarəyə verilməsinə razı imiş. Amma Roberto Karlos hər üç futbolçunun komandada saxlanılmasını istəyib. Karlos rəhbərliyə bildirib ki, millimizin üzvünə və digər iki futbolçuya Antalya toplanışında daha bir şans verəcək. Karlos onlarla bağlı yekun qərarını təlim-məşq toplanışından sonra açıqlayacaq.
Mehmet Özsoy "İndi heç nə edə bilmərik. Oturub hadisələrin gedişini izləməliyik" deyib.
Fanat.az