Riberi "İlin futbolçusu" seçildi

Riberi "İlin futbolçusu" seçildi
"France Football" nəşri Fransada ilin ən yaxşılarını elan edib. Fanat.az xəbər verir ki, jurnal "Bavariya"nın üzvü Frank Riberini "İlin fransız futbolçusu" seçib.
Kriştiano Ronaldo və Lionel Messi ilə birlikdə "Qızıl top"a namizəd olan Riberi "Yuventus"lu Paul Poqba ve PSJ-dən Blayse Matuidiyi geridə qoyub. Mükafatı 3-cü dəfə qazandığını deyən futbolçu 5 dəfə "İlin fransız futbolçusu" seçilmiş Tyerri Anrini keçmək istədiyini bildirib.
"İlin fransız baş məşqçisi" mükafatının qalibi İtaliyanın "Roma" klubunu çalışdıran Rudi Qarsiya olub. 49 yaşlı mütəxəssisin bu ilin iyunundan başçılıq etdiyi paytaxt klubu mövsümə yaxşı başlayıb. Ötən mövsümü 6-cı pillədə başa vuran "Roman" indi 15 turdan sonra ikinci yerdə qərarlaşıb və lider "Yuventus"dan 3 xal geri qalır. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər