“Adanaspor” Reynaldoyla rəsmi müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, “Qarabağ”ın sabiq forvardının anlaşmaya imza atmasıyla bağlı məlumat Adana klubunun saytında yerləşdirilib.
Ön xətt oyunçusu qarşıdakı 2,5 ildə Türkiyə təmsilçisinin uğurları üçün tər tökəcək.
Futbolçu açıqlama verməyi də unutmayıb: “Adanaspor” böyük camiədi. Burda olduğum üçün şadam. Uzun illər Azərbaycanda yaşamışam. Türkiyə mənə yad ölkə deyil. Azərbaycanla Türkiyə qardaş ölkələrdi. Bura uğur qazanmaq üçün gəlmişəm”.
Fanat.Az