“Rəvan” daha 3 futbolçunu yola saldı

“Rəvan” daha 3 futbolçunu yola saldı

Ötən gün Nodar Məmmədovla Bəxtiyar Soltanovu heyətdən kenarlaşdıran “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov baxışda olan futbolçularla bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşqçi 3 əcnəbini bəyənməyib.

Beləliklə, sloveniyalı müdafiəçi Miloş Brezinski, belaruslu yarımmüdafiəçi Dmitri Rekiş və braziliyalı orta xətt oyunçusu Nelson Juninyo geri qaytarılıb.

Qeyd edək ki, “Rəvan”ın baş məşqçisi Fredrik Holsterlə bağlı qərarını bir neçə gün əvvəl vermişdi. İsveçli hücumameylli yarımmüdafiəçi çalışdırıcının etimadını qazanıb və onunla müqavilə bağlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər