Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” bu gün 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirdi. Komanda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə müqavilə bağladı. Kamil və İvan qarşıdakı 1, Elnur isə 2 mövsümdə "aslan” olacaq. Qeyd edək ki, daha öncə komanda Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun keçidini rəsmən həll etmişdi. Bunlar Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanov idi.
İdman24.az