Rəşad Sadıqov yeni müqavilə imzalayır - Daha bir il...

Rəşad Sadıqov yeni müqavilə imzalayır - Daha bir il...
"Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq.
36 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin daha 1 il uzadılması haqda razılığa gəlinib.
R.Sadıqov qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı təklifin baş məşqçi Qurban Qurbanovdan gəldiyini söyləyib.
Qeyd edək ki, R.Sadıqov 2011-ci ildən heç bir klub dəyişmədən "Qarabağ"da oynayır. Buna qədər isə o, 2009/10 mövsümündə də Ağdam klubunda çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər