Fransanın “Nant” klubu yarımmüdafiəçisi Lüdovik Blası satıb.
Fanat.Az xəbər verir ki, futbolçu Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.
25 yaşlı futbolçunun transferi yeni klubuna 15 milyon avroya başa gəlib. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Blas 2019-cu ildən formasını geyindiyi “Nant”da 159 oyuna çıxıb, 45 qol vurub.