"Real"ın prezidenti Mbappenin transferini bitirmək üzrə olduqlarını açıqladı

"Real"ın prezidenti Mbappenin transferini bitirmək üzrə olduqlarını açıqladı

İspaniya La Liqasının 20-ci turu çərçivəsində keçirilən matçdan -  "Xetafe" ilə oyundan (2:0) sonra "Real Madrid"in prezidenti Florentino Peres "Kral klubu"nun məşqçiləri ilə Kilian Mbappenin mümkün transferindən danışıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı jurnalist Ramon Alvarez de Mon şəxsi "X" hesabı üzərindən yayıb.

Mənbə Peresin Karlo Ançelotti və köməkçilərinə Mbappenin keçidini reallaşdırmaq üzrə olduqlarını çatdırdığını vurğulayıb. 

Qeyd edək ki, daha öncə Avropa mətbuatında Kilianın İspaniya nəhəngi ilə 5 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 70 milyon avro qazanacağı barədə xəbərlər yayılıb. Bundan başqa, ulduz futbolçunun həm də agenti olan anasının oğlunun "Real"a transferindən müxtəlif bonuslar şəklində 100-125 milyon avro gəlir əldə edəcəyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər