"Real"ın futbolçusu niyə "Barselona"nı seçməyib? - Özü dedi

"Real"ın futbolçusu niyə "Barselona"nı seçməyib? - Özü dedi

"Real Madrid"in yarımmüdafiəçisi Daniel Sebalyos 2017-ci ildə, "Real Betis"də oynayarkən "Barselona" və "Kral klubu" arasında seçim etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Movistar" 26 yaşlı futbolçunun dedklərini belə çatdırıb:

"Real" və "Barselona" arasında seçim etdiyim dönəmdə Florentino Peresin (Madrid klubunun prezidenti - red.) zəngi hər şeyi dəyişdi. Hansı futbolçu "Real"a "yox" deyər? Məhz Pres məni Madridə gəlməyin daha yaxşı variant olduğuna inandırdı. O, məni komandanın yarımmüdafiə xəttinin gələcəyi saydığını söylədi. Telefon danışığı yekunlaşınca valideyilərimə sabah Madridə gedərək müqaviləyə imza atacağımı dedim".

Qeyd edək ki, bu mövsüm "Real" forması ilə 29 matça çıxan Sebalyos 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər