“Real”ın futbolçusu həbs olundu

“Real”ın futbolçusu həbs olundu
“Real”ın futbolçusu Fabio Koentrao həbs olunub. Fanat.az xəbər verir ki, buna səbəb portuqaliyalı futbolçunun rüşvət verməsi olub.
“Correio da Manha” qəzetinin xəbərinə görə, Koentrao sürücülük vəsiqəsi almaq üçün 2000 avro rüşvət verib. Polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılan “Real”ın ulduzu ifadəsində karyersına görə imtahanlara hazırlaşmaq üçün vaxt tapmadığını bildirib.
Braqada ilin əvvəlində başlayan istintaq çərçivəsində 4 rəsmi şəxs həbs olunub. Mətbuata açıqlamasında bu olayla əlaqəsinin olmadığını bildirən 25 yaşlı futbolçu sürücülük əsiqəsi almadığını desə də, məşqdən çıxarkən əlində telefonla maşın sürdüyü halda şəkilləri yayımlanıb.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər