"Real"dan sürpriz transfer təklifi

"Real"dan sürpriz transfer təklifi
Bu yay Eden Hazard, Robert Levandovski, Harri Keyn kimi ulduzları transfer edəcəyi deyilən "Real"ın transfer siyahısına sürpriz futbolçu düşüb.
Fanat.Az Avropa mediasına istinadən xəbər verir ki, "Kral Klubu" "Çelsi"dən Markos Alonsonu hədəfə alıb. "Atletiko" ilə Super Kubok oyununda müdafiə xəttində problemlər yaşayan Madrid təmsilçisi 27 yaşlı ispan arxa xətt oyunçusunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, "Çelsi" Markos Alonsonu 2016-cı ilin yayında "Fiorentina"dan 23 milyon avroya alıb. O, indiyədək İngiltərə klubunun heyətində keçirdiyi 85 oyunda 14 qol vurub və 8 məhsuldar ötrümə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər