"Real"dan iki super transfer: 210 milyon avro

"Real"dan iki super transfer: 210 milyon avro
La Liqada uğursuz çıxış edən "Real" heyətini gücləndirməyə çalışır. Fanat.Az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan iki ulduzun transferini istəyib.
Fransız mütəxəssis 2013-cü ildə 101 milyon avroya alınan Qaret Beylin satılaraq əvəzində "Mançester Siti"dən Raheem Sterlinqin alınmasını istəyib. 
Preymer Liqa klubu 23 yaşlı Yamayka əsilli ingiltərəli forvardı 2015-ci ildə "Liverpul"dan 62,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 23 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 30 rəsmi oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib. "Real"ın onun üçün ən azı 100 milyon avro xərcləməli olduğu deyilir.
"Real"dan iki super transfer: 210 milyon avro
"Real"ın hədəfindəki digər ulduz Mauro İkardidi. "Kral Klubu" argentinalı ulduzun müqaviləsindəki 110 milyon avroluq sərbəst qalma maddəsindən yararlanmaq istəyir.
Mauro İkardi 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" argentinalı forvarda 75 milyon avro qiymət qoyub. 24 yaşlı futbolçu cari mövsümdə 22 rəsmi oyun keçirərək 18 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Real"dan iki super transfer: 210 milyon avro
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər