"Real"dan fantastik transfer təklifi - 400 milyon avro

"Real"dan fantastik transfer təklifi - 400 milyon avro
Çempionlar Liqasının 1/8 finalında PSJ-ni mübarizədən kənarlaşdıran "Real" bu komandanın futbolçusu Neymardan əl çəkmir. Fanat.Az AS qəzetinə xəbər verir ki, "Kral Klubu" braziliyalı ulduzun transferi ilə bağlı danışıqları davam etdirir.
Qəzet iddia edir ki, "Real" PSJ-yə 400 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Klub rəhbərliyi bu arada futbolçunun atası və iki vəkili ilə Parisdə görüşərək müzakirələr aparaıb.
Qeyd edək ki, PSJ Neymarı ötən yay "Barselona"dan 222 milyon avroya transfer edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər