"Real"dan "Atletiko"ya transfer

"Real"dan "Atletiko"ya transfer
"Real"ın yarımmüdafiəçisi Hames Rodriqesin yeni klubu müəyyənləşmək üzrədi.
Fanat.Az AS-a istinadən xəbər verir ki, "Real" və "Atletiko" Rodriqesin transferini razılaşdırıblar. Geriyə, sadəcə, cüzi detalların müzakirəsi qalıb.
"Kral klubu"nun kolumbiyalı futbolçu qarşılığında 40 milyon avro tələb etdiyi bildirilir. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Cari mövsümdə 13 matçda meydana çıxan Rodriqesin aktivində 1 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər