“Real”da daha bir yeni müqavilə

“Real”da daha bir yeni müqavilə

İspaniya nəhəngi "Real" futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi 25 yaşlı yarrımmüdafiəçi ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb. 

Xatırladaq ki, Federiko 2016-cı ildə "Real"a "Penyarol"dan keçib. "Kral klubu" Valverde üçün o vaxt təxminən 5 milyon avro ödəyib. O, "Real"la iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Uruqvaylı yarımmüdafiəçi bu mövsüm La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər