"Real"da 3 yeni müqavilə - Gələn həftə açıqlanacaq

"Real"da 3 yeni müqavilə - Gələn həftə açıqlanacaq

"Real Madrid" yaxın günlərdə 3 futbolçusu ilə bağlı qərarını açıqlayacaq.

Fanat.Az xəbər verir ki, Madrid nəhəngi tezliklə Toni Kroos, Naço və Lukas Vaskeslə müqavilənin uzadıldığını elan edəcək.   İnformasiyanı AS yayıb. 

Mənbənin məlumatına görə, gələn həftə hər üç oyunçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı rəsmi açıqlama gözlənilir. 

Tərəflər müqavilələri daha bir mövsümlük - 2025-ci ilin yayına qədər yeniləyəcəklər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər