"Real"a transfer şoku: əsas hədəf əldən çıxdı

"Real"a transfer şoku: əsas hədəf əldən çıxdı
"Çelsi"nin uluzuzu Eden Hazard karyerası ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, belçikalı ulduz London klubunda qalmaq qərarına gəlib.
Bu barədə İngiltərənin məşhur "Daily Mirror" qəzeti məlumat yayıb. Qəzet iddia edib ki, Hazard yaxınlarına "Mən və qapıçımız Tibaut Kurtua "Çelsi" ilə yeni müqavilə imzalayacağıq" deyib.
Hazardın "Çelsi" ilə mövcud müqaviləsi 2020, Kurtuanın müqaviləsi 2019-cu ildə başa çatır. Maraqlıdı ki, hər iki futbolçunu "Real" transfer etmək istəyir. Hətta Hazard "Kral Klubu"nun transfer siyahısında birinci yeri tutur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər