"Real" yeni transferini açıqladı

"Real" yeni transferini açıqladı
"Real" Ukraynanın "Zarya" klubundan transfer etdiyi qapıçı Andrey Luninin transferini açıqlayıb.
Fanat.Az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, madridlilər 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. 
İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.
Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, daha əvvəl "Dnepr"də də çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər