UEFA aprelin 19-da Avropa Superliqasında iştirak edəcəyini bəyan etmiş "Real” və "Yuventus”u cəzalandırmağı planlaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Qitə futbol qurumu 2021/22 mövsümü üçün İspaniya və İtaliyanın hazırkı çempionlarını Çempionlar Liqasından kənarlaşdırmağı hədəfləyir.
Lakin İcraiyyə Komitəsinin bəzi üzvləri bununla bağlı sərt mövqedə deyil. Məsələ UEFA-nın bu gün keçirilməsi nəzərdə tutulan növbəti iclasında daha ətraflı nəzərdən keçiriləcək.