"Real" Ronaldonun yerinə transfer etməyəcək - İDDİA

"Real" Ronaldonun yerinə transfer etməyəcək - İDDİA
Kriştiano Ronaldonu "Yuventus"a satan "Real" bu yay transfer etməyi planaşdırmır.
Fanat.Az xəbər verir ki, bu iddia ilə "AS" qəzeti çıxış edib.
Mövsümün başlamasına bir ay qalmasına rəğmən Ronaldonun yerini doldurmayan "Real"ın yeni baş məşqçisi Xulen Lopeteqinin mövcud heyətdən razı olduğu və mövsümə bu heyətlə başlamağı düşündüyü bildirilir. 
Üstəlik Borya Mayoralın performansının gündən-günə yüksəlməsi, baş məşqçini sevindirir və Ronaldonun yerində onu oynatmağı planlaşdırdığı deyilir.
Qeyd edək ki, Ronaldonun gedişindən sonra Eden Hazard, Edinson Kavani, Robert Levandovski, Harri Keyn və Məhəmməd Salah kimi ulduzların adı "Real"la yanaşı çəkilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər