"Real" qışda iki dünya ulduzunu transfer edəcək

"Real" qışda iki dünya ulduzunu transfer edəcək
Yayda Kriştiano Ronaldonu satsa da, ulduz futbolçu transfer etməməkə azarkeşlərini məyus edən "Real" qış fasiləsini səbirsizliklə gözləyir.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" və "The Sun" qəzetləri məlumat yayıb.
"Daily Mail"in iddiasına görə, "Real" qışda "Çelsi"dən Eden Hazardı transfer edəcək. "Kral Klubu" bu transferə görə inglislərə 200 milyon avro təklif edir.
"The Sun" isə iddia edir ki, Kərim Benzemanın performansından narazı olan "Real"ın prezidenti Florentino Peres "Tottenhem"dən Harri Keyni transfer etməyə hazırlaşır. Bu futbolçu üçün London klubuna 220 milyon avro təklif edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər