"Real" Mbappenin transferini nə vaxt elan edəcək? - Bilindi

"Real" Mbappenin transferini nə vaxt elan edəcək? - Bilindi

"Real Madrid"in Kilian Mbappenin keçidini ictimaiyyətə nə vaxt açıqlayacağı bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 25 yaşlı oyunçunun heyətə cəlb olunduğu Almaniyada keçiriləcək Avropa çempionatı başlayana qədər elan ediləcək. 

Mbappenin PSJ ilə müqaviləsinin müddəti bu yay başa çatdığından o, "Kral klubu"na azad agent qismində qoşulacaq.

Qitə birinciliyi iyunun 14-də start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər