"Real Madrid"in PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappenin transferini nə vaxt açıqlayacağı məlum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb. Mənbənin məlumatına görə, Madrid nəhəngi iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı başlamazdan əvvəl Mbappe ilə müqavilə imzaladığını rəsmən elan edəcək.
"Real" və ya PSJ-dən biri Çempionlar Liqasından kənarlaşdırılmayana qədər transfer elan edilməyəcək.
Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Mirağa