"Real" Mbappedən sonra daha bir superulduzu transfer edəcək

"Real" Mbappedən sonra daha bir superulduzu transfer edəcək

Klian Mbappeni cari mövsümün sonunda heyətinə qatacağı dəqiqləşən "Real Madrid"in növbəti transfer hədəfi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Cadena SER" yayıb.

Xəbərə görə, Madrid təmsilçisi 2025-ci ildə Erlinq Holandı rənglərinə bağlamaqda qərarlıdır və bu keçidin baş tutması üçün "Kral klubu"nun prezidenti Florentino Peres qarşı tərəflə özü danışıq aparacaq. 

Norveçli ulduzun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, sözügedən oyunçu 2022-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər