"Real Madrid"li cütlüklərin şam yeməyi: "İspanca danışın, mən heç nə başa düşmürəm"

"Real Madrid"li cütlüklərin şam yeməyi: "İspanca danışın, mən heç nə başa düşmürəm"

Çempionlar Liqasında 1/8 final mərhələsinin startına bir həftə qalıb. 

Fanat.Az xəbər verir ki, mərhələnin ilk görüşündə PSJ-ni sınağa çəkəcək "Real Madrid"in futbolçuları kimi, xanımları da indidən həmin oyuna köklənib. 

Ötən gün Federiko Valverdenin rəfiqəsi Mina Bonino "Real Madrid"in futbolçularının xanımlarını şam yeməyinə dəvət edib. Ancaq onun "Whatsapp" qrupuna yazdığı mesaj işləri korlayıb. Minanın "Mən gedirəm, amma ispanca danışmağa çalışın, çünki heç nə başa düşmürəm" mesajından sonra Sara Salamo (İsko), Klarise Alves (Marselo), Makarena Rodriges ( Lukas Vaskes) şam yeməyindən imtina edib. 

"Real Madrid"li cütlüklərin şam yeməyi: "İspanca danışın, mən heç nə başa düşmürəm"

Beləliklə, Mina Boninonun təşkil etdiyi gecəyə Asensionun rəfiqəsi Sandra Qaral, Karvaxalın sevgilisi Dafne Kanizares, Militaonun rəfiqəsi Karolin Lima, Alabanın rəfiqəsi Şalimar Heppner, Rodriqonun rəfiqəsi Luana Atik Lopes və Tibo Kurtuanın sevgilisi Mişel Qerziq qatılıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər