"Real Madrid"in yeni stadionu belə olacaq - VİDEO

"Real Madrid"in yeni stadionu belə olacaq - VİDEO

"Real Madrid"ə məxsus "Santyaqo Bernabeu" stadionunda təmir işləri başlayıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 74 illik tarixi ərzində üçüncü dəfə əsaslı təmirə bağlanan arena budəfəki yenidənqurmadan sonra möhtəşəm olacaq.

Yayımlanan yeni videoda "Transformator" adlandırılan stadionun paytaxt klubuna 530 milyon avroya başa gələcəyi bildirilir. Yenilikdən sonra arenada daşınan dam və daşınan qazon döşəmələri olacaq. Başqa sözlə, yeni "Bernabeu"da təkcə futbol oynanılmayacaq. “Real”ın arenanı həm də böyük tennis stadionuna, eləcə də basketbol zalına çevirmək planları var. Geniş meydançada həmçinin Amerika futbolu oyunlarını keçirmək mümkün olacaq. İşlər 2023-cü ilin yayında başa çatmalıdır.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər