"Arsenal"ın müdafiəçisi Kiran Tirni karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "El Espanol" məlumat yayıb.
Xəbərə görə, "Real Madrid" 24 yaşlı şotlandiyalının xidmətində maraqlıdır.
Madrid təmsilçisi Tirnini bu yay transfer pəncərəsi dönəmində alınacaq futbolçular siyahısına daxil edib.
Qeyd edək ki, 2019-cu ildən "Arsenal"da çıxış edən futbolçu 58 oyunda meydana çıxıb və 3 qola imza atıb.