"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercatoweb" yayıb.
Xəbərə görə, "Tottenhem"in israrla istədiyi Nikolo Dzanyolo "Roma"nə tərk edəcəyi halda, "canavarlar"ın ilk hədəfi Asensionu heyətə qatmaq olacaq.
Qeyd edək ki, 26 yaşlı Asensio 2015-ci ilin yayından "Real"dadır. İspaniya nəhənginin forması ilə ümumilikdə 235 matça çıxan orta xətt oyunçusu 49 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "ağlar"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat