“Real Madrid”in uğurlu seriyası bitdi

“Real Madrid”in uğurlu seriyası bitdi

“Real Madrid” İspaniya La Liqasının 14-cü turunda “Real Sosyedad”la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi doğma meydanında baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.

Bununla da “kral klubu” cari mövsümdə bütün yarışlar daxil olmaqla, ilk dəfə bir matçdan qol vurmadan ayrılıb. “Real Madrid” matç ərzində “Real Sosyedad”ın qapısına 20 zərbə endirsə də, onlardan yeddisi hədəfə istiqamətlənib. Həmin zərbələri də rəqib qolkiper dəf etməyi bacarıb.

Karlo Ançelottinin yetirmələri bu qarşılaşmadan sonra 42 xalla İspaniya La Liqasının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi “Barselona”dan 5 xal geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər