"Real Madrid"in ulduzuna canlı yayımda "meymun" dedilər - VİDEO

"Real Madrid"in ulduzuna canlı yayımda "meymun" dedilər - VİDEO

Vurduğu qolları, əksər cənubi amerikalı futbolçulara xas tərzdə - "samba" oynayaraq qeyd edən "Real Madrid"in ulduz futbolçusu Vinisius Junior buna görə canlı yayımda təhqir olunub.

Fanat.Az xəbər verir ki, "El Chiringuito"nun canlı yayımında qonaq olan İspaniya Agentlər Assosiasiyasının prezidenti Pedro Kastro Vinisiusun qıcıq yaradan rəqsindən danışarkən, onu meymuna bənzədib.

"Əgər qol vurursan və sonra "samba" rəqsi edirsənsə, Sambadroma (Riodakı rəqqaslar üçün platforma - red.) get. Meydanda həmkarlarına hörmət etməli və özünü meymun kimi aparmağı dayandırmalısan". 

Aparıcı “meymun” sözünü eşidəndən kimi dərhal onun sözünü yarımçıq kəsib: “İnsanlara belə deyə bilməzsən, bir daha belə etmə”.

 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər