"Real Madrid"in ulduzu Karlo Ançelottiyə üsyan etdi - VİDEO

"Real Madrid"in ulduzu Karlo Ançelottiyə üsyan etdi - VİDEO

"Real Madrid"in cinah oyunçusu Marko Asensio klubdakı mövqeyindən narazıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşımında iddia edib.

Bu arada futbolçu "Malyorka" ilə matçda isinmə hərəkəti etməsinə baxmayaraq, meydana buraxılmayıb və baş məşqçinin bu addımından narazılığını açıq şəkildə büruzə verib, ehtiyat oyunçular skamyasında su qabını təpikləyib. 

26 yaşlı ispaniyalı bu mövsüm cəmi 17 dəqiqəlik meydanda olub.

"Real Madrid"in də Asensio ilə müqavilənin müddətini uzatmaq fikrində olmadığı bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər