"Real Madrid"in futbolçusuna ərəb klubundan fantastik təklif

"Real Madrid"in futbolçusuna ərəb klubundan fantastik təklif

Səudiyyə Ərəbistanı klublarından Avropanın ulduz futbolçularına təkliflər yağır. 

Fanat.Az xəbər verir ki, ərəblər bu dəfə "Real Madrid"in futbolçusu Toni Kroosu hədəfə alıblar. 

Bu barədə "Bild" məlumat yayıb. Xəbərə görə, adı açıqlanmayan klub 33 yaşlı yarımmüdafiəçiyə elçi düşüb. Lakin almaniyalı futbolçu ona təklif olunan fantastik məbləğə müsbət cavab verməyib.

Qeyd edək ki, Toninin madridlilər ilə sözləşməsi iyunun sonunda başa çatır. Ancaq klubu ona hələ də yeni müqavilə təklif etməyib. 

Xatırladaq ki, Almaniya millisinin sabiq üzvü 2014-cü ildən "Real Madrid"də çıxış edir. 272 oyunda meydana çıxan təcrübəli futbolçu 21 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər