"Real Madrid"in futbolçusu: "Qaçqınam"

"Real Madrid"in futbolçusu: "Qaçqınam"

"Real Madrid"in fransız yarımmüdafiəçisi Eduardu Kamavinqa ağır keçən uşaqlıq illərindən bəsh edib. 

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu bu barədə "Marca" nəşrinə danışıb: 

"Qaçqınam. Ailəm müharibədən qaçıb. Mən Anqoladakı qaçqın düşərgəsində anadan olmuşam. Valideynlərim mənə Fransada yeni həyat verdi və futbol məni Çempionlar Liqasının finalına çıxardı. Bu mərhələdə oynamaq fürsəti qazandığım üçün görə hər kəsə minnətdaram. Keçmiş qaçqın kimi bununla fəxr edirəm. Ümid edirəm ki, dünyada futbolu da sevən milyonlarla qaçqın bizim onlarla olduğumuzu bilir”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər