"Real Madrid"in yarımmüdafiəçisi Daniel Sebalyos iş yerini dəyişmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.
Xəbərə görə, sözügedən oyunçu az oynamasından narahatdır. Mənbə cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Sebalyosun xidmətində "Real"ın əzəli rəqibi "Atletiko Madrid"in maraqlı olduğunu və futbolçunun özünün də bu varianta isti yanaşdığını vurğulayıb. Klubu ilə müqavilə yeniləməyən 26 yaşlı Danielin "Kral klubu"nu digər Madrid təmsilçisinə dəyişmək ehtimalının yüksək olduğu bildirilib.
Nihat