"Real Madrid"in və İspaniya millisinin hücumçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı ön xətt oyunçusu "Nyukasl Yunayted"ə keçmək üzrədir.
Mənbə "Nyukasl" bosslarının Asensionu uzunmüddətli inkişaf planının əsas tərkib hissələrindən biri saydığını bildirib. Xəbərə görə, danışıqlara start verən tərəflər bu keçidlə bağlı razılığa gəlmək üzrədir.
Qeyd edək ki, Asensionun "Real"la olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Son mövsümdə Madrid klubunun formasıyla 42 matça çıxan Marko 12 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat