"Real Madrid"i daha bir ulduz tərk etdi

"Real Madrid"i daha bir ulduz tərk etdi

Qaret Beyl İspaniyanın “Real Madrid” klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Uelsli futbolçu “kral klubu”nda unuda bilməyəcəyi uğurlar qazandığını vurğulayıb. Beyl Madriddə oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və idarə heyətinə təşəkkür edib.

2013-cü ildən “Real”da çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Qeyd edək ki, bundan əvvəl İsko "Real Madrid"dən ayrıldığını açıqlamışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər