"Real Madrid" mövsümün sonunda heyətinə əl gəzdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bir sıra futbol yüksək məbləğdə məvacib alsalar da, məşqçilər korpusu onların xidmətindən istifadə etmir.
Mənbə bildirir ki, "Kral klubu" Eden Hazard, Luka Yoviç, Marselo və Isko üçün yeni klub axtaracaq. Qaret Beyl isə mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq. Andrey Lunin, Mariano Dias və Dani Sebalyos da gedənlər sırasıında ola bilərlər.
Həmçinin “Real Madrid”də ümidləri doğrultmayan gənc futbolçu Eduardo Kamavinqanın da gedişi müzakirə edilir.
Emin