“Real Madrid” tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi mövsüm ərzində keçirdiyi ilk 35 matçdakı göstəriciləri ilə şəxsi rekordunu yeniləyib.
Son olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”ini üstələyən (1:0) “Real" bütün turnirlərdə çıxdığı 35 matçın 29-da qələbə qazanıb.
Bu, bütün mövsümlərin eyni dövrü üçün klub rekordudur. Əvvəlki rekord 28 qələbə ilə 2011/2012, 2013/2014 və 2014/2015 mövsümlərində qeydə alınıb.