"Real Madrid"dən ayrılan hücumçu Ərəbistana gedə bilər

"Real Madrid"dən ayrılan hücumçu Ərəbistana gedə bilər

İyunun əvvəlində "Real Madrid"dən ayrılan Mariano Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, 29 yaşlı forvarda "Əl-Şabab" və "Əl-Fateh" klublarından təklif var. 

Bu barədə "Marca" məlumat yayıb. Xəbərə görə, Dias Ərəbistana getsə, ilinə 7 milyon avro qazana bilər. 

Qeyd edək ki, Dominikan millisinin üzvünün karyerası "Real Madrid"lə bağlı olub. O, 2011-2012-ci illərdə kral klubunun gənclərdən ibarət komandasında, 2012-ci ildən isə əsas komandada yer alıb. O vaxtdan günümüzə kimi cəmi 1 ilini - 2017-2018-ci illər mövsümünü Fransa "Lion"un da keçirib. Qalan illərdə isə elə "Real Madrid"in əsas, C və B heyətlərində çıxış edib. Mariano doğma klubu ilə 13 titul qazanıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər