Futbol üzrə İspaniya La Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Real Madrid” sona 4 tur qalmış çempionluğu təmin edib.
34-cü tur çərçivəsində “Espanyol”u qəbul edən "Kral klubu" 4:0 hesabı ilə qalib gəlib. Bununla xallarını 81-ə çatdıran madridlilər ən yaxın izləyicisi "Sevilya"nı 17, potensial izləyicisi "Barselona"nı 18 xal geridə qoyub.
"Kral klubu"na rəhbərlik edən Karlo Ançelotti isə "Böyük beşlik" ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub. 63 yaşlı mütəxəssis daha əvvəl İtaliyada "Milan" (2003/2004), İngiltərədə "Çelsi" (2009/2010), Fransada PSJ (2012/2013), Almaniyada "Bavariya" (2016/2017) komandalarına bu uğuru yaşadıb.