"Real Madrid" "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameninin transferini bu yay həyata keçirməyi qarşısına məqsəd qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Santi Auna "Twitter" hesabı üzərindən yayıb.
Mənbə İspaniya nəhənginin futbolçunun klubuna 80 milyon avroluq təklif göndərdiyini vurğulayıb. Auna danışıqları davam etdirən tərəflərin hələ ortaq məxrəcə gələ bilmədiyini, lakin 22 yaşlı futbolçunun "Real"a keçmək ehtimalının yüksək olduğunu açıqlayıb.
Qeyd edək ki, Tçuameni "Bordo"nun yetirməsidir. "Monako" Fransa millisinin üzvünü 2020-ci ildə, 18 milyon avro qarşılığında sıralarına qatıb. Bu mövsüm bütün turnirlərdə 50 matça çıxan Orelyen 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
"Transfermarkt" portalı Tçuameninin transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat