“Real Madrid”də Alaba şoku

“Real Madrid”də Alaba şoku

Madrid “Real”ının müdafiəçisi David Alaba zədələnib.

Fanat.Az xəbər verir ki, avstriyalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərədə baş tutan “Liverpul”la səfər matçında sıradan çıxıb.

Zədəsi ciddi olan müdafiəçi 27-ci dəqiqədə əvəzlənib. 30 yaşlı oyunçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Real Madrid”də Ferlan Mendi, Orelyen Tçuameni və Mariano Dias da zədə səbəbindən “Liverpul”la ilk matçda komandasına kömək edə bilmirdi. Bu oyunçuların cavab matçına hazır olub-olmayacağı hələ bilinmir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər