"Real Madrid" qış transfer pəncərəsində yeni hücumçu almamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "kral klubu" bir müddət əvvəl hücum xəttinə oyunçu almağı düşünsə də, Cud Bellingem və Xoselunun uğurlu çıxışı Madrid nəhənginin son qərarına təsir edib. "Real" yanvarda hücumçu tapmağa diqqət yetirməyəcək.
Qeyd edək ki, İspaniya La Liqasında Bellingem bu mövsüm 8 oyunda 8 qol vurub. Xoselunun hesabında isə 9 matçda 5 qolu var.
Mirağa