"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Adidas"dan olan yeni səfər geyimi bənövşəyi rəngdə hazırlanıb, qollarında və yaxasında qara əlavələr var.
Madrid klubu ilk dəfə bu forma ilə iyulun 30-da, Los-Ancelesdə "Yuventus"a qarşı oynayacaq.
Emin