"Real Madrid"in yarımmüdafiəçisi Takefusa Kubo iş yerini dəyişir.
Fanat.Az xəbər verir ki, yaponiyalı futbolçu karyerasını "Real Sosyedad"da davam etdirəcək.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, Kubo yeni klubu ilə 5 illik müqavilə imzalayacaq və 21 yaşlı futbolçunun transfer hüquqlarının 50 faizi "Real Madrid"də qalacaq. Transferin "Real Sosyedad"a 6,5 milyona başa gələcəyi vurğulanıb.
Nihat